Xidmətlərimiz
- Ana səhifə /
- İşıqlı qutu reklamlar
İşıqlı qutu reklamlar
İşıqlı qutu reklamları şirkətlər tərəfindən istifadə edilən müxtəlif hava şəraitinə davamlılığı olan qutulardır. İşıqlı çöp reklamı müəssisəni rəqabətdə fərqləndirir və yeni müştərilər cəlb etməyə kömək edir. Bu reklamlar adətən insan axınının, piyadaların çox olduğu yerlərin yaxınlığında quraşdırılır. Mürəkkəb quruluşlu işıq qutusu daxili və çöl reklamlarında, məkanın daxili dekorasiyasında geniş istifadə olunur. Məkanınızın önündən keçən yüzlərlə insan işıq qutularınızı gördüyü üçün social media və veb sayt reklamlarını yeniliklərə uyğunlaşdırdığınız kimi, işıqlı qutu reklamlarını da yeniliklərə adaptasiya etməlisiiniz.
İşıqlı reklamların sifarişi ilə bağlı tövsiyyələr
İşıqlı qutu reklamı brendinizin potensial müştəri tərəfindən görülən ilk hissədir. Yaxşı ilkin təəssürat üçün işıqlı qutunuz işinizi yaxşı işıqlandırmalıdır.
- Mağaza vitrini üçün iki tərəfli işıq qutusu və ya nazik işıq paneli uyğun hesab olunur.
- Böyük ticarət mərkəzi sahiblərinə isə banner işıq qutusunu məsləhət görürük. Lazım gələrsə, məlumatı həmişə yeni çap edilmiş banner ilə əvəz edə bilərlər. Banner işıq qutusunun digər bir üstünlüyü isə dəyişəbilən ölçülər və aşağı qiymətdir.
- Restoran sektoru sahibləri işıqlandırılmayan menyu lövhələrinin yerinə xidmətlər və qiymətləri göstərmək üçün işıqlandırılmış menyu işıq qutusu ilə müştərilərin marağını yarada bilər.
İşıqlı qutu reklamı sifarişi zamanı nələrə diqqət etmək lazımdır?
Müxtəlif hava şəraitinə davamlılıq göstərmək bu qutular üçün ən böyük problemlərdən biridir, ona görə də şirkətiniz üçün işıqlı qutunuzu sifariş etdiyiniz zaman nəzərə almalı olduğunuz bir sıra məsələlər var:
- Potensial müştərinin diqqətini cəlb etmək üçün rəng və işığın birləşməsindən istifadə edin, biznesinizi tanıtmaq üçün bu reklamların hər hansı işıqlandırılmayan afişa və ya lövhədən daha çox köməyi dəyəcək.
- İşıqlı qutu reklamlarında arxa fondan gələn işıq brendinizin ötürdüyü mesajı gücləndirir və insanları reklamınıza baxmağa təşviq edir.
- Çöl reklamlarında istifadə olunan dizayna qərar vermək bəzən gözləniləndən daha çətin olur. Xərclərə qənaət etmək üçün bir çox müəssisələr mövcud daxili reklamlarda istifadə etdikləri eyni qrafikləri təkrarlamağa meyllidirlər. Bu, ekranın effektivliyinə mənfi təsir göstərə bilər.
- Çöl reklamları açıq havada olan mürəkkəb quruluşlu və rəngarəng,diqqətçəkən görüntülərlə rəqabətə davamlı olmalıdır.
- Fon rəngi seçərkən, onun quraşdırıldığı divara oxşar rəngdən istifadə etmək mesajınızın itirilməsi ilə nəticələnə bilər. Dizaynınızın fondan fərqlənməsi vacibdir, hətta bu, brend rənglərinizdən uzaqlaşmaq bahasına olsa belə. Rəng sxeminiz nə qədər canlıdırsa, bir o qədər yaxşıdır. Başqa bir diqqət edilməli məsələ isə qaranlıq fon rənginin istifadə ilə əlaqədardır. Tutqun qara fon nə qədər qəşəng olsa da, açıq və parlaq fon rəngləri reklamınızı daha yaxşı işıqlandıracaq.
- İşıqlı qutu reklamında nəzərə alınmalı növbəti məsələ isə ötürülən mesaj və mesaj mətninin ölçüsüdür.Mesaj “hərəkətə çağıran”, “göz oxşayan” və “inandırıcı” olmalı, insan axının və nəqliyyatın yüksək olduğu yerlərdə yerləşdirilməli, lakin qısa və lakonik olmalıdır. Əgər qutu ekranında çox yazı varsa və ya mətn çox kiçikdirsə, reklamınız nəzərə çarpmayacaq.
- Bazar araşdırması göstərir ki, işıqsız reklamlarla müqayisədə işıqlı reklamlar müştərilərin daha sürətli nəzərinə çarpır, satışların artmasını və daha çox müştəri cəlb edilməsini təmin edir. İşarənizin tam effekt verməsini istəyirsinizsə, şirkətiniz üçün siz də işıq qutuları istifadə etməyə başlayın!
İşıqlı reklam qutularının hazırlanmasında niyə bizi seçməlisiniz ?
- Brandex reklam şirkəti olaraq unikal işıqlandırma texnologiyası ilə hazırlanan işıq qutularımız ən yüksək spesifikasiyalı, hava şəraitinə davamlı çərçivələrlə hazırlanır. Reklam qutuları peşəkar komandamız tərəfindən elə quraşdırılır ki, elektrik kontaktlarının yerləşdiyi korpus qutununun içərisinə daxil ola biləcək nəm və müxtəlif cisimlər daxil ola bilmir.
- Brandex Reklam Şirkəti olaraq işıqlı qutu (light-box) istehsalında ən keyfiyyətli akril şüşə (orqsteklo), PVX (foreks), LED işıq (həmçinin diod işıq) sistemlərindən istifadə olunur.
- Mütəxəssislərimiz sizə reklamınız üçün ən uyğun işıq qutusunu seçməkdə kömək edəcəklər.Bu qutular uzaqdan diqqəti cəlb etmək üçün əladır, ona görə də dizayna loqonuzu əlavə etməyi unutmayın!
- BrandEX olaraq işıqlı reklam qutularının istehsalı və quraşdırılması xidməti ilə yanaşı dizayn xidmətini də münasib qiymətə təklif edirik.
- İşıqlı reklam qutularının istehsalının cari qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.